Adam Kadırova Çeçenistanın ali mükafatı təqdim olunub

Adam Kadırova Çeçenistanın ali mükafatı təqdim olunub

...Çeçenistan rəhbərinin təhlükəsizlik departamentinin rəhbəri Adam Kadırov respublikanın ali mükafatı - Kadırov ordeni ilə təltif edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Telegram kanalında yazıb.

...Çeçenistan Respublikasının başçısının təhlükəsizlik şöbəsinin müdiri, hörmətli qardaş Adam Kadırovu Çeçenistan Respublikasının ali mükafatı - Kadırov ordeni ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Bunu Əhməd Dudayev qeyd edib.

Nazir əlavə edib ki, Adəm öz vətəninin vətənpərvəridir, o, “əsl müsəlman və çeçen olmaqla şanlı ailəsini layiqincə təmsil edir”.

Bundan əvvəl Adam Kadırov Rusiya Müdafiə Nazirliyinin tərkibində olan “Şeyx Mənsur” batalyonunun kuratoru təyin edilib. Bir neçə həftə əvvəl o, respublika başçısının təhlükəsizlik xidmətinin rəisi vəzifəsini qəbul edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə