Cənubi Afrikanın Polşa üçün böyük sursat sifarişini əngəlləmək qərarı Ukrayna münaqişəsinin mürəkkəb nəticələrini əks etdirir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “La Nouvelle Tribune” yazır.
Nəşrin yazdığına görə, bu addım hökumətin motivasiyası və beynəlxalq arenada müttəfiq seçimi ilə bağlı suallar doğurur.
Xatırladaq ki, müdafiə potensialını gücləndirmək istəyən Polşa Cənubi Afrikada zavodu olan Almaniyanın Rheinmetall şirkətinə 44 milyon avro dəyərində 155 mm-lik mərmi sifariş edib.
Pretoriyanın Milli Adi Silahlara Nəzarət Komitəsi isə bir ildən çox əvvəl heç bir rəsmi səbəb göstərmədən müqaviləni bloklayıb.
Ekspertlər bu davranışı Cənubi Afrika hakimiyyətinin BRICS blokunda müttəfiqi olan Moskvanı dəstəkləməsinin bariz sübutu hesab edirlər. Digər ölkələr də onlardan nümunə götürə və silah ixracı siyasətlərinə yenidən Rusiyanın xeyrinə baxa bilərlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB