Pekin ABŞ-ın nüvə strategiyasına yenidən baxılmasından narahatdır..?

Bunu “Le Figaro” yazır
Pekin ABŞ-ın nüvə strategiyasına yenidən baxılmasından narahatdır..?

...ABŞ-ın gizli nüvə strategiyası Soyuq Müharibədən sonra ilk dəfə olaraq diqqətini Rusiyadan Çinə çevirməsi Pekində “ciddi narahatlığa” səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Le Figaro” yazır. ...Xatırladaq ki, “New York Times” daha əvvəl Baydenin mart ayında yenidən işlənmiş “Nüvə Silahları Təlimatları”nı təsdiqlədiyini yazmışdı. Qeyd edək ki, bu sənəd hazırda Çinə və onun nüvə imkanlarının sürətlə genişlənməsinə, habelə Pekin, Moskva və Pxenyan arasında mümkün nüvə “koordinasiyasına” yönəldilib.

...Bu xəbəri şərh edən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib ki, ABŞ strateji üstünlük əldə etmək üçün bəhanə axtarır və bəhanə kimi də Çinin nüvə təhlükəsi ideyasını yayır.

Nazirlik sözçüsünə görə, Vaşinqtonun qorxuları əsassız deyil: Çin adətən məhdud sayda nüvə silahı ilə “minimum çəkindirmə” siyasəti aparırdı, lakin 2022-ci ildə peyk görüntüləri 300-ə qədər qitələrarası raketi ehtiva edə biləcək çoxlu buraxılış siloslarının inşasını ortaya qoydu.

Pentaqon 2023-cü il hesabatında Pekinin 500 nüvə başlığına malik olduğunu və 2030-cu ilə qədər 1000 nüvə başlığına sahib olacağını irəli sürüb.

Çinin nüvə potensialındakı bu artımı ayrıca nəzərdən keçirmək olmaz.

“The New York Times” qəzetinin məqaləsinə görə, Vaşinqton Pekin, Moskva və Pxenyan arasında mümkün koordinasiyanı nəzərdən keçirməlidir. Əvvəllər bu mümkün görünmürdüsə, indi Rusiya və Çin arasında yaranan tərəfdaşlıq, eləcə də Şimali Korya və İrana silah tədarükü Vaşinqtonun fikirlərini dəyişib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə