Borrell Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlama verib

Borrell Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlama verib

Yaxın Şərqdə vəziyyət region və onun hüdudlarından kənarda kritik təhlükə həddinə çatıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə X-də (keçmiş Twitter) Avropa İttifaqı diplomatiyasının rəhbəri Xosep Borrell bildirib.

...Yaxın Şərqdəki vəziyyət region və onun hüdudlarından kənarda kritik təhlükə həddinə çatıb.

Borrell həmçinin vurğulayıb ki, o, Livan hakimiyyətinin “tammiqyaslı müharibə riskindən qaçmaq üçün Qəzza zolağında çox ehtiyac duyulan atəşkəsdən əlavə, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin dərhal tətbiq edilməsi” çağırışını dəstəkləyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə