seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanı dəstəkləyəcək
Tramp Zelenskiyə söz verib ki...

...ABŞ-ın Ukraynaya gələcək dəstəyinin səviyyəsini anlamaq üçün 2024-cü ilin noyabrına planlaşdırılan prezident seçkilərinin nəticələrini gözləməyə dəyər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Hindistan mətbuatına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Donald Trampın seçiləcəyi təqdirdə baş verə biləcək hadisələrlə bağlı sualı cavablandırarkən, vəziyyətin noyabrda aydınlaşacağını deyib.

Zelenskinin sözlərinə görə, Donald Trampla şəxsi danışıqlar zamanı amerikalı milyarder ABŞ-dakı seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanı dəstəkləyəcəyinə söz verib.

...Amma mən onun komandasından bu barədə heç bir siqnal almamışam, daha doğrusu, ondan, çünki bizim ikitərəfli bir söhbətimiz olub... Müharibə vaxtı bir telefon danışığımız olub. Və mən yalnız onun Ukraynanı dəstəkləyəcəyi, müharibəni dayandırmağa, Ukraynanın müstəqil Avropa azad ölkəsi olmasına çalışdığına dair mesajlar eşitdim. Bunlar birbaşa ondan aldığım mesajlardır, - Zelenski bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə