...“İsgəndər-M” raket sisteminin baş konstruktoru Oleq Mamalıqa vəfat edib. Onun 91 yaşı var idi. Bu barədə “Rostec” dövlət korporasiyasının “High-Precision Complexes” holdinqi məlumat yayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Mamalıqa bütün iş həyatını Kolomna maşınqayırma konstruktor bürosunda çalışmışdır.
Burada onun rəhbərliyi altında məşhur “İsgəndər-M” raket sistemi layihələndirilib.
… “İsgəndər” raket sistemlərinin əsas məqsədi 500 kilometrədək məsafədə hava hücumundan müdafiə sistemlərinin əhatə etdiyi düşmən hədəflərinə zərbə endirməkdir.
Kompleks ilk dəfə 1999-cu ilin avqustunda Beynəlxalq Aviasiya və Kosmik Salonda təqdim edilib.
…Və indi də xüsusi hərbi əməliyyatlar zonasında zərbələr endirmək üçün fəal şəkildə istifadə olunur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB