Voronej vilayətinin Ostroqojski rayonundakı anbarda davam edən sursat partlaması səbəbindən 600-dən çox sakin evlərini tərk edib. Bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, anbar avqustun 24-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qaldıqdan sonra yanıb.
Xilasedicilər evakuasiya üçün bir neçə müvəqqəti yaşayış məntəqəsi təşkil ediblər, lakin qeyd edildiyi kimi, təhlükəli ərazilərin demək olar ki, bütün sakinləri yaxınlarının yanına köçüblər.
Məlumatda deyilir ki, avqustun 25-i səhər saatlarında partlayıcı obyektlərin partladılmasının aktiv fazası dayandırılıb və minadan təmizləmə qrupları hadisə yerində işə başlayıb.
Amma, anbarda partlayışlar bir gündən çox davam edib.
Sakinlərin getdiyi yaşayış məntəqələrinə giriş qəti qadağandır. Bəzi yerlərdə fövqəladə vəziyyət tətbiq olunmağa davam edir.
...Və anbarlarda baş verən partlayışlar nəticəsində iki sakin xəsarət alıb - biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, ikinciyə isə yerindəcə tibbi yardım göstərilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB