Papa hamını “sülh üçün” dua etməyə çağırıb

Papa Ukraynada dini təşkilatların fəaliyyətini qadağan edən qanunu tənqid edib
Papa hamını “sülh üçün” dua etməyə çağırıb

...Papa Fransisk bazar günü Ukraynada Rusiya ilə əlaqəli dini təşkilatların fəaliyyətini qadağan edən qanunu tənqid edib. Bazar günü dindarlarla görüşü zamanı o, bu yaxınlarda qəbul edilmiş qanun layihəsi ilə bağlı “özünü narahat hiss etdiyini” qeyd edərək, bunun adi dindarları vura biləcəyini qeyd edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Papanın sözlərini “Vatican News” sitat gətirir.

...Heç kim ibadət etdiyi üçün pislik etməz. Əgər kimsə öz xalqına qarşı pislik edərsə, günahkar olar, lakin onun dua etməsi pis sayıla bilməz.

Bunu deyən Fransisk möminlərin kilsədə dua etmələrinə icazə verilməli olduğunu söyləyib.

...Xahiş edirəm, heç bir xristian kilsəsi birbaşa və ya dolayısı ilə ləğv edilməsin: kilsələrə toxunulmamalıdır.

Bunu da Papa deyib və hamını “sülh üçün” dua etməyə çağırıb.

O, həmçinin, Ukrayna və Rusiya Federasiyasındakı döyüşləri ağrı ilə izlədiyini də qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə