Siz, hansı "rus humanizmi"ndən danışırsınız..?

Samarada miqrantlara bazarlarda və iaşə obyektlərində işləmək qadağan edilib
Siz, hansı "rus humanizmi"ndən danışırsınız..?

...Deməli, Samara vilayətində miqrantlara köşklərdə və bazarlarda pərakəndə ticarətdə, ictimai iaşədə işləmək, habelə binaları icarəyə götürmək qadağan edilib, regional hökumətin saytında deyilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bölgə qubernatoru vəzifəsini icra edən Vyaçeslav Fedorişev bölgədəki ticarətlə məşğul olan bütün müəssisələrə üç ay ərzində patentlə işləyən bütün miqrantları işdən çıxarmağı əmr edib.

Beləliklə, qubernator səlahiyyətlərini icra edənin sərəncamı əcnəbilərə ərzaq məhsullarının, içkilərin və tütün məmulatlarının, tekstil, geyim, ayaqqabı və digər malların pərakəndə ticarətində işləməyi qadağan edir.

Miqrantlara, həmçinin süd və çörək məmulatlarının istehsalı, uşaqlar üçün qida, içməli su, ictimai iaşə müəssisələrində və ərzaq məhsullarının çatdırılması sahəsində işləmək, spirtli içkilərin və etil spirtinin, tütün məmulatlarının, dərman vasitələrinin, yumurta, süd məhsullarının topdan eləcə də pərakəndə satışı ilə məşğul olmaq da qadağan edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə