İsrail Livanla müharibəyə başlamaqda maraqlı deyil.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı ölkə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Telekanal bildirir ki, bu, “müharibə başlamağa yönəlmiş hücum deyil, milyonlarla İsrail vətəndaşı üçün ciddi təhlükəni aradan qaldırmaqdır”.
Kanal 12 həmçinin əlavə edir ki, daha da gərginləşmə “Hizbullah”ın hərəkətlərindən asılıdır. Bundan əvvəl ordunun mətbuat xidməti xəbər vermişdi ki, İsrail Müdafiə Qüvvələri qırıcıları İsrail ərazisinə raket zərbəsi hazırlamaqla əlaqədar Livandakı “Hizbullah” hədəflərinə hücum ediblər. İsrailin müdafiə naziri Yoav Qalant ölkədə 48 saatlıq fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu açıqlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB