Burada hər 10 rus əsgərinə cəmi iki silahsız ukraynalı əsgər düşür..?
...Pokrovsk yaxınlığındakı Ukrayna briqadaları şəhəri uzun müddət saxlaya bilməyəcəklərindən qorxurlar.
SİA-nın əldə etdiyi məlumata görə, bunu LCI-nin xüsusi müxbiri Maryan Kotanof xəbər verir.
Bu arada 109-cu briqadanın mətbuat xidmətinin əməkdaşı jurnalistlərə Pokrovskda vəziyyətin “tamamilə faciəvi” olduğunu bildirib.
Qeyd edilməlidir ki, hazırda özü də silaha sarılan mətbuat xidmətinin əməkdaşı, burada hər 10 rus əsgərinə cəmi iki silahsız ukraynalı əsgərin düşdüyünü bildirib.
...Zabit bildirib ki, digər briqadalar da gündəlik ağır artilleriya itkiləri barədə məlumat veriblər. İndi Pokrovsk ətrafında yeni səngərlər qazmağa və köhnələrini möhkəmləndirməyə çalışırlar, lakin əsgərlər çox yorulublar: istər pilotsuz təyyarə operatorları, istər artilleriyaçılar, istərsə də piyadalar, hamı daim işləməlidir.
Onlar şübhə etmirlər ki, Rusiya təzyiqini artıracaq və şəhəri qurban vermək lazım gələcək.
...Mətbuat xidmətinin əməkdaşı onu da əlavə edib ki, Kursk vilayətinə hücumun Kremli qoşunları bu istiqamətə köçürməyə məcbur edəcəyinə və Pokrovsk üzərində nəzarəti zəiflədəcəyinə yalnız siyasətçilər inana bilər.
...Kotanoff həmsöhbətindən sitat gətirir: “...Biz əvvəldən bunun nəticə verməyəcəyini bilirdik, çünki biz Rusiyanın şəhəri ələ keçirmək əzmini görürük”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB