Zelenski Ukraynanın Kursk bölgəsindəki məqsədlərini açıqlayıb

Zelenski Ukraynanın Kursk bölgəsindəki məqsədlərini açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əsas vəzifələri mübadilə fondunu artırmaq və Sumı vilayətinə hücumun qarşısını almaqdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Vladimir Zelenski deyib və əlavə edib ki, Kiyevin sülh danışıqlarında mövqeyini gücləndirmək məqsədi qarşıya qoyulmayıb.

Siyasətçi bildirib ki, Ukrayna heç bir oyun oynamır, müttəfiqləri və tərəfdaşları ilə açıqdır. Ədalətli sülh və münaqişənin sonu üçün çalışır.

Onun sözlərinə görə, Kiyev də rus ordusunun bir hissəsinin Kursk vilayətinə bir sıra digər istiqamətlərdən köçürüləcəyinə ümid edirdi.

Xatırladaq ki, avqustun 8-də Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Kursk vilayətində əməliyyatın məqsədini danışıqlarda Kiyevin mövqeyini gücləndirmək adlandırmışdı.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, avqustun 6-dan 24-dək olan müddətdə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində itkiləri 5,5 mindən çox hərbi qulluqçu, 71 tank, 30 piyada döyüş maşını, 57 zirehli transportyor, 372 nəfər təşkil edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə