Soçi təyyarə qəbul edə bilmir..?

Soçi təyyarə qəbul edə bilmir..?

...Soçiyə uçan təyyarələr Mineralnıye Vodı, Stavropol, Vladiqafqaz, Qroznı və Elistadakı alternativ aerodromlara yönləndirilir. Hava limanının Teleqram kanalında xəbər verildiyi kimi, pis hava şəraiti ilə əlaqədar Moskva vaxtı ilə saat 15:00-a olan məlumata görə, 20 təyyarənin ekipajı bu qərarı qəbul edib.

...Soçi hava limanı faktiki hava şəraitinə uyğun işləyir və sərnişinlərə eləcə də aviaşirkətlərə xidmət göstərməkdə davam edir. Artıq gəlmiş təyyarələrin yola salınması planlaşdırıldığı kimi həyata keçirilir. Eyni zamanda, alternativ aerodromlarda yerləşən hava gəmilərində yerinə yetirilməsi planlaşdırılan geri-dönüş reyslərinin uçuşu təyyarənin gec enməsi səbəbindən gecikdiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, xəbərdə belə bildirilir.

...Hava limanı çətin hava şəraitinin iki gün davam edəcəyini xatırladıb. Bunun fonunda həm sərnişinlərə, həm də hava gəmilərinə operativ xidmət göstərilməsi üçün zəruri olan xidmətlərin işi gücləndirilib. O cümlədən, çağrı mərkəzi operatorlarının sayı artırılıb.

Əməliyyat qərargahı yerindədir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə