Ukrayna 115 əsgərini rus əsirliyindən geri qaytarıb

Ukrayna 115 əsgərini rus əsirliyindən geri qaytarıb

...Şənbə günü, avqustun 24-də Ukrayna Rusiya əsirliyindən 115 ukraynalı əsgərini geri qaytarıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Telegram-da bildirib.

...Bu gün daha 115 müdafiəçimiz vətənə qayıdıb. Bunlar Milli Qvardiyanın, Silahlı Qüvvələrin, Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidmətinin əsgərləridir. Hər kəsi xatırlayırıq. Biz axtarırıq və hamını geri qaytarmaq üçün əlimizdən gələni edirik.

Bunu yazan Ukrayna dövlətinin başçısı, mübadilə fondunu dolduran hər bir idarəyə təşəkkür edib.

…Bu, hərbçilərimizin, mülki vətəndaşlarımızın Rusiya əsirliyindən azad edilməsini yaxınlaşdırır. İnsanlarımızı evə gətirdiyi üçün komandamıza və tərəfdaşlarımıza, BƏƏ-yə təşəkkür edirik.

Yeri gəlmişkən, Rusiya mətbuatının məlumatına görə, Kursk vilayətində əsir götürülən 115 çağırışçı Rusiya Federasiyasına qayıdıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə