Alaudinov Kursk vilayətində “vəziyyət nəzarət altındadır” deyir, amma...
...Bu arada “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, Rusiya Müdafiə Nazirliyinin Baş hərbi-siyasi idarəsinin rəis müavini, general-mayor Apti Alaudinov Kursk vilayətindəki döyüş vəziyyətindən danışıb.
SİA bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
...Gündüz toqquşmalar gedir, düşmən bölmələrimizin yerləşdiyi mövqeləri sıxışdırmağa çalışır, çünki biz onun əsas irəliləmə marşrutlarında dayanırıq.
Bunu deyən Alaudinovun sözlərinə görə, Axmat xüsusi təyinatlıları düşməni tutub məhv edirlər. Rusiya Silahlı Qüvvələrinin digər bölmələri də çox səmərəli işləyir və düşmənə layiqli cavab verirlər.
Çeçen hərbçinin iddiasına görə, guya hazırda vəziyyət "nəzarət altındadır və hər şey öz qaydasındadır".
...Və amma bir gün əvvəl Dövlət Duması Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində apardığı əməliyyatlar üzündən Rusiya vətəndaşlarının əziyyət çəkdiyini və buna sərt cavabın vacibliyini bildrmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB