Malidə güclü yağışların səbəb olduğu daşqınlardan sonra “milli fəlakət” elan edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yağışların 17 rayonda 7 mindən çox təsərrüfat və 50 minə yaxın insana mənfi təsir etdiyi ölkədə hava şəraiti səbəbindən 30 nəfər həyatını itirib.
Şiddətli yağışların səbəb olduğu daşqınlardan sonra Malinin "milli fəlakət" elan edildiyi bildirilib.
Hökumətdən verilən açıqlamada ölkədə leysan yağışların səbəb olduğu sellərə diqqət çəkilib. Açıqlamada sellə yanaşı, ildırım çaxması və tufanların da yaşandığı bildirilib.
Son həftələrdə qeydə alınan yağışın 17 rayonda 7 mindən çox ev təsərrüfatına və 50 minə yaxın insana mənfi təsir etdiyi, əlverişsiz hava şəraitinin 30 nəfərin ölümünə səbəb olduğu vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB