Eritreyanın keçmiş maliyyə naziri Abrehe həbsxanada dünyasını dəyişib

Bildirilib ki, Eritreyanın keçmiş maliyyə naziri Berhane Abrehe altı ilə yaxındır ki, qaldığı həbsxanada dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada yerləşən Eritreya İnsan Haqları Təşkilatı (HRCE) tərəfindən edilən açıqlamada keçmiş maliyyə naziri Abrehenin həbsxanada öldüyü paylaşılıb.

Abrehenin ölümü ilə bağlı araşdırma aparılmasına çağıran HRCE beynəlxalq ictimaiyyəti insan haqları və qanunun aliliyini müdafiə etmək üçün Eritreya hökumətinə təzyiq göstərməyə çağırıb.

Digər tərəfdən, Abrehenin ailəsinin onun ölümünü təsdiqlədiyi bildirilib.

Eritreya hökuməti hələ Abrehenin ölümü ilə bağlı açıqlama verməyib.

Prezident İsaias Afverki ilə fikir ayrılığına görə 2012-ci ildə maliyyə naziri vəzifəsindən uzaqlaşdırılan Abrehe 2018-ci ildə Afverki və hökumətini tənqid edən kitabının nəşrindən sonra saxlanılıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə