Ağ Evdən ardıcıl bəyanatlar: "İran hücuma hazırdır"

Ağ Ev ABŞ prezidenti Baydenin Misir lideri əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə İsrail və HƏMAS arasındakı danışıqlar prosesini müzakirə etdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdən verilən ardıcıl açıqlamalarda “Politico” jurnalında dərc olunan “atəşkəs danışıqları iflasa uğramaq ərəfəsindədir” xəbəri təkzib olunub.

HƏMAS isə ABŞ-ın danışıqlar prosesinə qarışmasının qarşıdan gələn prezident seçkiləri ilə bağlı olduğunu bildirib. Digər tərəfdən, İran xarici işlər naziri Arakçinin İngiltərə və Fransalı həmkarlarına “İran cavab vermək hüququndan əl çəkməyəcək” açıqlamasına münasibətdə “İran hücuma hazırdır” ifadəsini işlədib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə