9 addımda məktəbə qayıdış

Şagirdlər üçün məktəblərin açılmasına sayılı günlər qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ailələr üçün də şirin təlaş başlayıb. Mütəxəssislər məktəbə hazırlıq günlərinin əvvəlcədən başlamasının vacibliyinə diqqət çəkərək valideynlərə qızıl məsləhətlər veriblər...

Yeni təhsil və təlim dövrünün başlamasına bir neçə gün qalmış Ankara Universiteti Təhsil Fakültəsi Təməl Təhsil şöbəsinin müdiri Prof. Dr. Erten Gökçe valideynlərə belə tövsiyələr verib:

1- Valideynlər övladlarını hazırlamaq üçün onlarla danışmalıdırlar.

2- Məktəblər başlamazdan əvvəl birlikdə məktəbə getməliyik.

3- Uşağı məktəbdə müəllimlərə tanıtmaq lazımdır.

4- Məktəb mühiti uşağa göstərilməli və bu yeni başlanğıcda nələrin dəyişə biləcəyi müzakirə edilməlidir.

5- Məktəbəqədər təhsildən ibtidai sinifə keçid zamanı dərslərin bir qədər dəyişiləcəyi, lakin yenə də fasilələrin olacağı izah edilməlidir.

6- Uşağa yeni dostları olacağını söyləmək lazımdır.

7- “Səhər sizi yola salıb axşam götürəcəyik” kimi arxayınlaşdırıcı ifadələr işlədilməlidir.

8- "Məktəbdə olarkən çox gözəl vaxt keçirəcəksən, oyunlar oynayacaqsan, dostlarınla məşğul olacaqsan, çox xoşbəxt olacaqsan" kimi onu arxayınlaşdıracaq ifadələr işlədilməlidir.

9- Məktəbdə dərslərdə şagirdlərin çoxlu yeni məlumatlar əldə edəcəkləri və əylənəcəkləri izah edilməlidir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə