Demokratların namizədi rəsmi olaraq Kamaladır

ABŞ-ın vitse-prezidenti Kamala Harris cümə axşamı gecəsi Demokratlar Partiyası Konqresinin yekun nitqi ilə çıxış edərək partiyanın prezidentliyə namizədliyini rəsmən qəbul edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, çıxışında daxili siyasətlə bağlı çoxlu mesajlar verən Harris ABŞ prezidenti Baydenin Qəzza ilə bağlı söylədiyi danışıqla paralel ifadələr işlədib.

Demokratlar Partiyasının qurultayının son günündəki çıxışında izdihamdan dəqiqələrlə ayaqda alqışlanan və alqışlarla qarşılanan Harris əvvəlcə ailəsinə və seçki yarışından geri çəkilərək prezidentliyə namizədliyini təhvil verən ABŞ prezidenti Co Baydenə təşəkkür edib

Harris çıxışında Respublikaçı rəqibi Donald Trampın qeyri-ciddi adam olduğunu bildirib və Trampın Ağ Evə geri göndərilməsinin ölkənin gələcəyi üçün “ciddi nəticələr” verəcəyini bildirib. Harris Trampın jurnalistləri, siyasi rəqiblərini və düşmən gördüyü hər kəsi həbs etmək niyyətində olduğunu iddia edərək, "Yalnız vəzifədə olduğu müddətdə xaos və fəlakəti deyil, həm də son seçkiləri uduzduqdan sonra baş verənlərin ciddiliyini də nəzərə alın" deyib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə