Almaniyada hücum: ən az 3 ölü

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Solingen şəhərində keçirilən tədbirdə bıçaqlı hücum nəticəsində ən azı 3 nəfərin öldüyü bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Solingen şəhərində keçirilən şəhər festivalında bir şəxs birdən-birə insanları bıçaqlayıb. Hücum edən şəxsin hadisə yerindən qaçdığı bildirilib. Bölgəyə çoxlu sayda polis və tibb briqadasının göndərildiyi qeyd edilib.

Vuppertal polisinin sözçüsü Alexander Kresta jurnalistlərə bildirib ki, yerli vaxtla saat 21:37-də bir çox şahid polis bölməsinə zəng edərək bir nəfərin insanlara bıçaqla hücum etdiyini bildirib.

Hücumda 3 nəfərin öldüyü barədə məlumatı paylaşan Kresta, ən azı 4 nəfərin ağır yaralandığını, lakin bu rəqəmin dəyişə biləcəyini bildirib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə