İstanbul Nyu-Yorku geridə qoydu

Türkiyənin İstanbul şəhəri super varlıların yaşaması üçün bir şəhərə çevrilib. SİA xəbər verir ki, bu barədə “Türkiye Gazetesi”nin məlumatında deyilir. Ötən il 581 min insanın köç etdiyi İstanbul dünyanın ən bahalı şəhərləri arasında zirvəyə yüksəlib. Bildirilib ki, İstanbulda kirayə qiymətləri artıq Nyu-York, Honkonq, Sinqapur, Sürix və Cenevrəni ötüb. Bu gün yerli daşınmaz əmlak saytlarında və reklamlarda kirayə evlərin qiyməti ayda 30 min dollar və ya daha yuxarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə