“Fənərbaxça” 54 nəfəri məhkəməyə verdi

Fənərbaxça” klubu “Göztəpə” ilə oyunda baş verənlərlə əlaqədar 54 nəfəri məhkəməyə verib. SİA xəbər verir ki, bu barədə İstanbul təmsilçisi yaydığı bəyanatda bildirib. “Türkiyə Super Liqasının II turunda “Göztəpə” stadionundakı oyun öncəsi, matç zamanı və sonra yaşanan bütün hadisələr çərçivəsində klubumuz və prezidentimiz tərəfindən 54 nəfər məhkəməyə verilib. Bu cinayət şikayəti çərçivəsində bəzi şübhəlilər məhkəmə nəzarətinə alınsa da, digər şübhəlilərə isə dava açılıb və tədbir görülüb. Məsələ ilə bağlı TFF nəzdində də görüşlər keçirilir və proses nəzarət altındadır”.

Xatırladaq ki, Superliqanın 2-ci həftəsində “Göztəpə” -“Fənərbaxça” matçı gərginliklə yadda qalıb. Ali Koç gözlənilmədən meydançaya daxil olub, yerli azarkeşlər ona yad əşyalar atıblar. Daha sonra isə “Göztəpə” klubunun əməkdaşı Fatih Özkan əsəbi halda Ali Koçu arxadan itələyərək yerə yıxıb. Baş verənlərlə bağlı İzmir polisində araşdırma aparılır, məhkəmə Fatih Özkanın ev dustaqlığı barədə qərar çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə