Bayden Netanyahu ya çağırış etdi

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahudan İsrail qoşunlarını Misirlə Qəzza zolağı arasındakı sərhəddən çıxarmağı xahiş edib. SİA xəbər verir ki, bu barədə "Axios" portalı İsrail mənbələrinə istinadən bildirib. C.Bayden ötən çərşənbə günü Netanyahu ilə telefon danışığı zamanı müvafiq xahişi səsləndirib. Bu şərtin yerinə yetirilməsi İsrail və Qəzzadan olan Fələstin qrupları arasında münaqişənin həlli üçün danışıqların davam etdirilməsinə imkan verəcək.

Bildirilib ki, B.Netanyahu C.Baydenin xahişi ilə yalnız qismən razılaşıb. O, İsrail qüvvələrini Misir və Qəzza zolağının sərhədindəki mövqelərdən yalnız birindən çıxarmağa hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə