Tramp qalib gələcəyi təqdirdə komissiya yaradacağına söz verib

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, seçiləcəyi təqdirdə sui-qəsd cəhdlərini araşdırmaq üçün komissiya yaradacaq. SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Trampın sözlərinə görə, bu komissiya digər məsələlərlə yanaşı, keçmiş Amerika lideri Con Kennedinin qətli ilə bağlı qalan sənədləri də dərc edəcək.

CBS daha əvvəl bildirmişdi ki, Trampa sui-qəsd cəhdindən sonra Məxfi Xidmət bir sıra əməkdaşlarını işdən çıxarıb.

Sui-qəsd iyulun 14-də onun təşviqat mitinqində çıxışı zamanı baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə