ABŞ və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub

Pentaqon rəhbəri Lloyd Ostin ukraynalı həmkarı Rustem Umerov ilə telefon danışığı aparıb və onunla 125 milyon dollarlıq yeni silah paketini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

“Ostin həmçinin ABŞ-ın təhlükəsizlik yardımı, o cümlədən Prezident Baydenin elan etdiyi 125 milyon dollarlıq paketi də təqdim edib”, - deyə bildirib.

Bundan əlavə, tərəflər Kiyevin hazırkı hərbi əməliyyatlarını və döyüş meydanındakı ehtiyaclarını müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə