ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb. SİA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, danışıq zamanı Bayden ABŞ-nin hava hücumundan müdafiə sistemləri üçün raketləri Ukraynaya göndərəcəyinə söz verib. Bundan əlavə, hərbi yardım siyahısına pilotsuz uçuş aparatları və döyüş sursatlarının da daxil olduğu qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə