Tayvanda Çinin xeyrinə casusluq edən 8 əsgər həbs edilib

Tayvanda Çinin xeyrinə casusluq edən 8 əsgər həbs edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, CNA-nın məlumatına görə, Tayvanda Çin adından casusluq şəbəkəsi yaratmaqda ittiham olunan təqaüdçü zabit Çen Yu-hsin barəsində başlanan məhkəmə istintaqından sonra açılan iş yekunlaşıb.

Tayvan Ali Məhkəməsi 2023-cü ilin noyabrında açılan iş üzrə mühakimə olunan 10 əsgərdən 8-ni 18 aydan 13 ilə qədər həbs cəzasına məhkum edib. Məhkəmə qərarında mühakimə olunan əsgəri təqsirsiz bilib, qaçan Çen haqqında isə hökm elan olunmayıb. 2022-ci ildə Çin adından casus şəbəkəsi qurmağa cəhd etməkdə şübhəli bilinən Çen haqqında başladılan istintaqda müttəhimin daha iki təqaüdçü zabiti ona kömək etməyə razı saldığı, 5 fəal personalın hərbi sirlərini sızdırdığı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə