İslandiyanın Reykjanes yarımadasındakı vulkan lava və kül püskürməyə başlayıb. Səlahiyyətlilər vulkanın dekabr ayından bəri altıncı dəfə püskürdüyünü, lakin onun həyati təhlükəsi olmadığını bildiriblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər Reykjanes yarımadasında vulkanik fəaliyyətlə bağlı açıqlama verib.
Səlahiyyətlilər, vulkanın bir neçə təkandan sonra baş verən partlayış nəticəsində lava və kül püskürdüyünü bəyan edərək, bunun 2023-cü ilin dekabrından bu yana vulkanın 6-cı püskürməsi olduğunu qeyd edib. Rəsmilər partlayışın təsirinin bəzi yolların bağlanması ilə məhdudlaşdığına diqqət çəkib və hələlik böyük təhlükənin olmadığını bildiriblər. Reykjanes yarımadasında yerləşən və 2021-ci ildə aktivləşən Faqradals vulkanı 6 min ildən sonra lava püskürməyə başlayıb. Bu, 781 ildə Reykjanesdə ilk vulkan püskürməsi idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB