7 saat istidə avtomobildə qalan körpə həyatını itirdi

7 saat istidə avtomobildə qalan körpə həyatını itirdi

ABŞ-ın Texas ştatında polis 9 aylıq körpənin 7 saatdan çox maşında tək qaldıqdan sonra öldüyünü açıqlayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, polisdən verilən açıqlamada bildirilib: "İlkin istintaq zamanı müəyyən edilib ki, uşağın nənəsi bu gün səhər saat 8:30 radələrində uşağı avtomobilinin arxa oturacağında təhlükəsizlik oturacağında qoyub. Uşaq saat 16:00 radələrində nənəsi tərəfindən hərəkətsiz vəziyyətdə aşkarlanıb. Baş vermiş hadisə cinayət olaraq dəyərləndirilib.

“Uşaqlar və Avtomobil Təhlükəsizliyi” qeyri-hökumət təşkilatı bildirib ki, bu il ölkə üzrə insanların avtomobildə qalması nəticəsində 26 ölüm hadisəsi qeydə alınıb. Təşkilat, ABŞ-də 1990-cı ildən bəri 1108 ölüm faktının olduğunu, ən azı avtomobildə qaldıqdan sonra ölənlərin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə