Oteldə baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb

Oteldə baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb

Cənubi Koreyada doqquzmərtəbəli otelin səkkizinci mərtəbəsində yanğın baş verib. Binanın qarşısında açılan şişmə çarpayıya tullanan cütlük də daxil olmaqla 7 nəfər ölüb, 12 nəfər xəstəxanaya yerləşdirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər paytaxt Seulun qərbində, Buçeon şəhərində 9 mərtəbəli otelin 8-ci mərtəbəsində baş verən yanğınla bağlı açıqlama verib.

Açıqlamada ölənlərin sayının 7-yə, yaralıların sayının isə 12-yə yüksəldiyi bildirilib.Oteldə yanğınsöndürən balonlarının olmaması səbəbindən yanğının böyüdüyü, tüstünün qısa müddətdə digər mərtəbələrə də keçdiyi qeyd edilib.

Yanğınsöndürmə səlahiyyətlilərindən olan Li Sanq-don otelin 2003-cü ildə tikildiyinə və o dövrdə yanğınsöndürmə balon sisteminin məcburi olmadığına diqqət çəkib.

Yanğınsöndürmə rəsmisi Ço Seon-ho bildirib ki, yanğın zamanı 5 nəfər tüstüdən, 2 nəfər isə 8-ci mərtəbədən özünü ataraq ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə