Serbiyada fəlakət yaşanıb - 6 nəfər yanaraq ölüb

Serbiyada fəlakət yaşanıb - 6 nəfər yanaraq ölüb

Serbiyanın Novi Sad şəhərində bir evdə baş verən yanğında 4-ü uşaq olmaqla 6 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli mətbuatın məlumatına görə, hadisə yerinə gedən yanğınsöndürənlər yanğını nəzarətə götürərək 2 saatlıq müdaxilədən sonra söndürüb.

Yanmış evə baxış keçirən polis qrupları 4-ü uşaq olmaqla 6 nəfərin eyni ailədən olduğunu və öldüyünü müəyyən edib. Serbiyanın daxili işlər naziri İvitsa Daçiç verdiyi açıqlamada yanğının elektrik skuterin doldurulması nəticəsində baş verdiyi şübhəsinə diqqət çəkdiklərini və həyatını itirənlərin cəsədlərinin yarılmaq üçün morqa göndərildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə