Qlobal istiləşmənin fəlakətli həddə çatacağı təqdirdə bu əsrin sonuna qədər Avropada istiliklə bağlı ölümlərin üç dəfə artacağı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzindən David Leon iqlim istiləşdikcə və əhalinin qocalması ilə daha çox istiliklə bağlı ölüm hallarının baş verəcəyinin gözlənildiyi, soyuqla bağlı ölümlərdə isə kiçik azalmalar olacağını bildirib.
Avropanın cənubunda İspaniya, İtaliya, Fransanın bəzi bölgələrində və Yunanıstanda istidən ölümlərin əsrin sonuna doğru qeyri-mütənasib şəkildə arta biləcəyi bildirilir. Həddindən artıq isti və soyuq Avropada hər il təxminən 407,500 nəfərin ölümünə səbəb olur. Avropa Komissiyası tədqiqatçılarının yeni hesablamalarına görə, iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox işlər görülməsə, 2100-cü ilə qədər hər il əlavə 55,000 ölüm baş verəcək. Bu isə 13,5 faiz artım deməkdir. Ölənlərin əksəriyyətinin yaşı 85-dən yuxarı olacaq.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş qlobal istiləşmə səbəbindən Sakit okean adalarının (Melaneziya, Mikroneziya, Polineziya) yox olmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirib. Polineziyada Samoaya səfər edən Quterreş Sakit okean adalarının taleyinin qlobal istiləşmənin sənayedən əvvəlki səviyyələrə nisbətən 1,5 dərəcə selsi ilə məhdudlaşdırılmasından asılı olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB