Tailandın şimal bölgələrində güclü yağışlar nəticəsində baş verən sel 5 nəfərin həyatına son qoyub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə Cənubi Asiya ölkəsi Tailandın şimal əyalətlərində həftələrdir artan musson yağışları çox sayda çayın daşmasına və yüzlərlə kənddə daşqınlara səbəb olub.
Səhiyyə Nazirliyindən verilən açıqlamada daşqın nəticəsində ən azı 5 nəfərin öldüyü, 32 nəfərin yaralandığı bildirilib. Tailandın Fəlakətin Qarşısının Alınması İdarəsi tərəfindən verilən açıqlamada 7 əyalətdə 541 kənd və 12 min 777 ailənin seldən zərər çəkdiyi, yağışların ayın sonuna qədər davam edəcəyi bildirilib.
Tailand ordusu və polis bölmələrinin də yardım və axtarış-xilasetmə işlərində iştirak etdiyi Chiang Rai, Lampang, Phayao, Nan, Phrae, Petchabun və Udon Thani əyalətlərindəki bir çox kəndə yol nəqliyyatı bağlansa da, yardım qayıqlar və helikopterlər vasitəsilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB