İndi 50 milyard dollar verin! - Zelenski

İndi 50 milyard dollar verin! - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya vəd edilən 50 milyard dolların verilməsi planında irəliləyiş görəcəyinə ümid etdiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Vladimir Zelenski Rusiyanın müəyyən bölgələrdə irəliləyişlərini etiraf edib və müttəfiqlərinin silah-sursatla bağlı öhdəliklərini yerinə yetirməsinin vacibliyinə diqqət çəkib.

Zelenski deyib: "Tərəfdaşlarımızın həqiqətən öz öhdəliklərini yerinə yetirmələri çox vacibdir. Hər paketdə və bütün razılaşmalarımızda. Bu, müdafiəmiz üçün çox vacibdir".

Zelenski həmçinin bildirib ki, dondurulmuş Rusiya aktivlərindən Ukraynaya vəd edilən 50 milyard dolların verilməsi planında irəliləyiş görəcəyinə ümid edir. Bu ilin əvvəlində Avropa İttifaqının 27 ölkəsi Ukraynanı dəstəkləmək üçün Rusiya Mərkəzi Bankının aktivlərindən faiz istifadə etməyə razılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə