Yelkənli qayıqda yoxa çıxan məşhur milyarderin cəsədi tapılıb

Yelkənli qayıqda yoxa çıxan məşhur milyarderin cəsədi tapılıb

İtaliyada batan yelkənli qayıqda yoxa çıxan məşhur milyarder Mayk Linçin cəsədi tapılıb. Linçin 18 yaşlı qızı Hanna ilə hələ də əlaqə saxlamaq mümkün deyil. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Reuters"in təfərrüatlarına görə, həftənin əvvəlində Siciliya sahillərində şiddətli fırtına zamanı batan yelkənli qayıqda Mayk Linçin cəsədi də tapılıb. 18 yaşlı qızı Hannadan hələ də xəbər yoxdur. Qayıq batarkən itən digər 4 nəfər isə dünən tapılıb.

İçərisində 22 sərnişin və ekipajı olan 56 metr uzunluğundakı Britaniya bayrağı altında olan super yaxta Bayesian şiddətli fırtınanın təsiri ilə bir neçə dəqiqə ərzində Palermo yaxınlığındakı Porticello limanı yaxınlığında batıb. 59 yaşlı Linç Böyük Britaniyanın ən tanınmış texnologiya sahibkarlarından biri idi və bu yaxınlarda ABŞ-də baş vermiş böyük fırıldaqçılıq işinə görə bəraət qazandı. Qayıqda həyatını itirən digər şəxslər Jonathan Bloomer, Chris Morvillo, Neda Morvillo, Mike Lynch və Recaldo Thomasdır. Linçin xanımı gəmidən sağ çıxmağı bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə