İsraildən Hizbullaha qarşı yeni cavab hücumu

İsraildən Hizbullaha qarşı yeni cavab hücumu

İsrail Livanın cənubunda Hizbullaha qarşı cavab hücumlarına başlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu hücumun çərşənbə günü Hizbullahın işğal altındakı Colan təpələrinə hücumuna cavab olaraq həyata keçirildiyini təsdiqləyib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari, Hizbullahın 50-dən çox raket və çoxlu sayda pilotsuz uçuş aparatları atmasından sonra İsrailin Livanın cənubundakı 10-dan çox bölgəyə hücum etdiyini açıqlayıb.

Hizbullahın hücumlarında İsrailin ilhaq etdiyi Colan təpələrində evlərin vurulduğu, 1 nəfərin yaralandığı bildirilib. Hagari gecə əməliyyatında İsrail döyüş təyyarələrinin silah anbarları və hərbi binaları vurduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə