Yunanıstanın dəbdəbəli Mikonos adasındakı gecə klubundan İsrailli zəngin turist 70 min avroluq hesabı ödəmədən qaçıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Yunanıstan mətbuatında əks-səda doğursa da, dünya zənginlərinin sevimli adası Mikonosda ictimaiyyət qiymətləri müzakirə etməyə başlayıb.
Yunan polisi dünya ictimaiyyətinin üz tutduğu Egey dənizinin Mikonos adasındakı gecə klubundan 70 min avroluq hesabını ödəmədən tərk edən israilli iş adamının arxasınca düşüb. Adı açıqlanmayan israilli dostları ilə adanın məşhur Paraqa çimərliyində yerləşən məşhur “Sant Anna” gecə klubunda əylənib.
"Mykonoslive.tv"də yer alan xəbərə görə, 30 min avro dəyərində iki şüşə vintage şampan açıb birini hovuza tökən israilli zəngin dostları ilə gecə klubunda İsrail bayraqlarını dalğalandırıb. Yunan mətbuatında yer alan xəbərlərə görə, əylənməyi sevən israillilərin son əskinasları digər içkilər və suşi sifarişləri ilə birlikdə 100 min avroya çatıb. Lakin adı açıqlanmayan israilli sırf şampan üçün 30 min avro ödəmək istəyəndə gecə klubu rəsmiləri polisə məlumat verməli olub. Yunan mətbuatı polisin israilli zəngini sorğu-sual etmək istədiyini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB