Kurska hücumda NATO qüvvələri iştirak edib - RUSİYA KƏŞFİYYATI

Kurska hücumda NATO qüvvələri iştirak edib - RUSİYA KƏŞFİYYATI

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə hücumu ABŞ, Böyük Britaniya və Polşanın xüsusi xidmət orqanlarının iştirakı ilə hazırlayıblar. Bildirilir ki, Rusiya regionuna hücumda iştirak edən bölmələr Britaniya və Almaniyadakı təlim mərkəzlərində döyüş koordinasiyasından keçib.

“NATO ölkələrinin hərbi məsləhətçiləri Rusiya ərazisini işğal etmiş Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin idarə olunmasında və ukraynalıların Qərb silah və hərbi texnikasından istifadəsində yardım göstərirlər. Alyans ölkələri həmçinin Ukrayna hərbçilərinə Rusiya qoşunlarının əməliyyat bölgəsində yerləşdirilməsi ilə bağlı peyk kəşfiyyat məlumatlarını təqdim edirlər”, - qəzet Rusiya kəşfiyyatının hesabatından sitat gətirir.

Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saatlarında Kursk vilayətinin sərhəd rayonlarına hücum edib. O vaxtdan bəri bölgədə döyüşlər davam edir. Avqustun 12-də Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, 28 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Döyüşlər zamanı 121 mindən çox insan sərhəd yaşayış məntəqələrindən çıxarılıb. Ukrayna tərəfi isə bu günə qədər Kursk vilayətinin 93 kəndinə nəzarət etdiklərini bildirib.

AYSEL

Bütün xəbərlər Facebook səhifəmizdə