Yunanıstandan İngiltərəyə gedərkən şiddətli turbulentliklə qarşılaşan təyyarə İtaliyanın paytaxtı Romada təcili eniş edib. Turbulentlik zamanı xidmət edən iki kabinə işçisi yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin qabaqda gələn qəzetlərindən "Corriere della Sera"nın məlumatında, İngiltərə mərkəzli hava yolu şirkəti "Easyjetin" 19 avqustda Yunanıstanın Korfu adasından İngiltərənin London Gatwick hava limanına uçduğu 8210 saylı təyyarənin İtaliya hava sahəsində şiddətli turbulentlə qarşılaşdığı ifadə edilib.
Qeyd edilib ki, təyyarə İtaliya hava məkanında 8588 metr yüksəklikdə və saatda 779 kilometr sürətlə hərəkət edərkən Korfudan havaya qalxdıqdan qısa müddət sonra turbulentliyə düşüb. Xəbərdə təyyarədə 175 sərnişin və 6 ekipaj üzvünün olduğu, turbulansın girməsi nəticəsində sərnişinlərə xidmət etməyə hazırlaşan 2 stüardessanın yaralandığı bildirilib.
Bildirilib ki, pilotlar yaralı kabin heyətinə tibbi yardım göstərilə bilməsi üçün Roma Fiumicino hava limanına təcili eniş etmək qərarına gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB