Bosniyada məktəbə hücum olub - 3 nəfər ölüb

Bosniyada məktəbə hücum olub - 3 nəfər ölüb

Bosniyada bir məktəbə hücum olub. Dəhşətli hadisədə 3 nəfər həyatını itirib, 1 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın Sanski Most şəhərindəki orta məktəbə silahlı basqın nəticəsində aralarında məktəb direktoru və katib də olmaqla 3 nəfər həyatını itirib.

Qeyri-rəsmi məlumata görə, təcavüzkarın liseydə işlədiyi zaman hücumdan sonra özünə atəş açaraq intihara cəhd etdiyi bildirilib. Hücum zamanı bir müəllimin də ağır yaralandığı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə