İraqın şimalındakı Hakurk bölgəsində 7 PKK terrorçusu, Suriyanın şimalında isə Zeytun Budağı bölgəsində şəxsiyyəti müəyyən edilən 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb: "Gözlənilməz, Qeyri-adi, Sürətli və Davamlı Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk bölgəsində 7, Suriyanın şimalında isə Zeytun budağı bölgəsində şəxsiyyəti müəyyən edilən 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB