Ukrayna 45 PUA ilə Rusiya ərazisinə hücum etdi

Ukrayna 45 PUA ilə Rusiya ərazisinə hücum etdi

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiya ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə ümumilikdə 45 hücum həyata keçirdiyini, onlardan 11-nin Moskva vilayətində olduğunu açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən hücumla bağlı verilən açıqlamada deyilib: “Kiyev rejimi ötən gecə PUA-larla Rusiya Federasiyası ərazisindəki hədəflərə terror hücumu həyata keçirməyə cəhd edib”.

Açıqlamada, Rusiya hava hücumundan müdafiə sistemlərinin 11-nin Moskva vilayətində, 23-nün Bryansk vilayətində, 6-nın Belqorod vilayətində, 3-nün Kaluqa vilayətində, 2-nin Kursk vilayətində vurulduğu bildirilib. Ümumilikdə isə 45 təyyarə tipli PUA məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə