Konqo Demokratik Respublikasında (KDR) içərisində təxminən 300 nəfərin olduğu qayıq batıb. Səlahiyyətlilər ölənlərin sayını hələ müəyyənləşdirə bilmədiklərini bildiriblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, KDR-da içərisində təxminən 300 nəfərin olduğu qayıq ölkənin qərbindəki Lukenie çayında çevrilib. Təxminən 300 nəfəri daşıyan qayıq batdığından, qayıqda olan bir çox insanın boğularaq ölə biləcəyi qorxusu var.
Səlahiyyətlilər itkin düşənlərin və ya ölənlərin sayını müəyyənləşdirməyin çətin olduğunu və qəzadan sonra çox az adamın xilas ola biləcəyini açıqlayıb. Qayığın həddən artıq yükləndiyi və Nioki istiqamətinə gedərkən taxta əşyaya dəyib batdığı da bildirilib. Bölgə qubernatoru Jak Nzenza hadisəni təsdiqləyib və çoxlu cəsədin tapıldığını, lakin axtarışların davam etdiyini bildirib: "Dünən dörd cəsəd tapdıq, bu gün isə doqquz aylıq körpə də daxil olmaqla daha 16 cəsəd çıxarılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB