İsrail Baş Qərargah rəisi ölü tapılan məhbuslarla bağlı açıqlama verib
İsrail Baş Qərargah rəisi Herzi Halevi Qəzzada ölü tapılan 6 israilli məhbusun yerinin təsadüfən deyil, kəşfiyyat məlumatları əsasında müəyyən edildiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları ötən il oktyabrın 7-dən davam edərkən, İsrail Baş Qərargah rəisi Herzi Halevi yüksək səviyyəli komandirlərlə birlikdə Qəzza zolağında əsgərlərlə görüşüb.
Halevi burada verdiyi açıqlamada bazar ertəsi gecəsi Qəzzada 6 israilli məhbusun cəsədlərinin çıxarılması ilə nəticələnən əməliyyatın təsadüf olmadığını, dəqiq kəşfiyyat məlumatları əsasında həyata keçirildiyini müdafiə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB