İraqın Kərbəla şəhərində Ərbəin mərasimlərində iştirak etmək üçün İran üzərindən İraqa gedən pakistanlıları daşıyan avtobusun aşması nəticəsində 28 nəfər ölüb, 14-ü ağır olmaqla 23 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yəzd vilayətinin avtomobil yol polisinin direktoru, polkovnik Hacı Dehabadi bildirib ki, ekspertlərin ilkin araşdırmalarına görə, qəzaya avtomobilin əyləc sistemindəki nasazlıq səbəb olub.
Bildirilib ki, avtobusda olan 51 pakistanlı İraqın Kərbəla şəhərində keçirilən Ərbəin mərasimlərində iştirak etmək üçün İrana daxil olub. 10 oktyabr 680-ci ildə (10 Məhərrəm 61-ci hicri) Məhəmməd Peyğəmbərin nəvəsi Həzrət Hüseyn və səhabələrinin Kərbəla şəhərində şəhid olması hər il “Aşura günü”ndə anılır. Aşura günündən 40 gün sonra keçirilən anım tədbirləri “Ərbəin” (Qırxıncı gün) mərasimləri adlanır. Builki Ərbəin tədbirləri avqustun 25-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB