Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının Birinci Prezidenti, Rusiya Qəhrəmanı Axmat-Haji Kadırovun dəfn olunduğu yerə baş çəkib. SİA xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov "Telegram" kanalında məlumat verib.
Putini Şimali Qafqaz Federal Dairəsinin Ulamalar Şurasının sədri Xoj-Əhməd Kadırov və Maqomed Kadırov qarşılayıb.
"Dövlətimizin başçısı Axmat-Hadji Kadırovun xatirəsinə dərin ehtiramını bildirdi, onun sülhsevər və sabit respublikanın inkişafında mühüm xidmətlərini vurğuladı", - Kadırov yazıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB