Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, onun rəqibi, vitse-prezident Kamala Harris 4 sentyabrda "Fox News"da keçirilən debatda çıxışdan imtina edib. SİA xəbər verir ki, Tramp onun bu qərarından təəccüblənmədiyini və debat əvəzinə eyni tarixdə seçicilərin suallarını cavablandıracağını bildirib.
Kamala Harris və Donald Tramp ilk debatlarını sentyabrda Pensilvaniya və Miçiqanda keçirməli idilər. Görüşlər sentyabrın 4-də (Fox News saytında), sentyabrın 10-da (ABC News) və 25 sentyabrda (NBC) keçirilməli idi .
Vitse-prezidentliyə namizədlər Tim Vals və J.D.Vens debatlarını oktyabrın 1-nə təyin ediblər. Xanım Harris və onun rəqibi arasında debatların ikinci raundu oktyabrın sonunda baş tuta bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB