Sərhədi keçən Şimali Koreya əsgəri Cənubi Koreyaya qaçıb

Sərhədi keçən Şimali Koreya əsgəri Cənubi Koreyaya qaçıb

Cənubi Koreya şimaldan bir əsgərin iki Koreyanı birləşdirən Hərbisizləşdirilmiş Bölgəni keçərək cənuba qaçdığını açıqlayıb. Rəsmi məlumatlara görə, 2023-cü ildə təxminən 190 Şimali Koreyalı Cənubi Koreyaya qaçıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yonhap xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreya Baş Qərargahının verdiyi açıqlamada, şimaldan bir çavuş rütbəli əsgərin cənuba qaçdığı təsdiqlənib.

Açıqlamada Şimali Koreyalının ölkəyə keçməsi ilə bağlı araşdırmaya başlanıldığı, lakin əsgərlə bağlı təfərrüatların paylaşılmadığı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə