İsrail ordusu məktəbdə mülki insanları hədəfə alıb

İsrail ordusu məktəbdə mülki insanları hədəfə alıb

Qəzza şəhərinin qərbindəki Ər-Rimal rayonunda köçkün fələstinlilərin sığındığı məktəbə İsrail tərəfindən təşkil edilən bombalı hücumda 9 fələstinli həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail Qəzza şəhərinin qərbindəki Ər-Rimal rayonunda köçkün fələstinlilərin sığındığı Mustafa Hafiz məktəbini bombalayıb.

Hücumda 9 fələstinli həyatını itirərkən, yaralananlar da var. İsrail ordusu avqustun 10-da Qəzzanın şərqindəki Derec rayonunda didərgin düşmüş mülki əhalinin sığındığı Et-Tabiin məktəbinə hücum edib. Köçkün fələstinlilərin, minlərlə insanın sığındığı məktəbdə səhər namazı qıldığı vaxt baş verən hücumda ən azı 100 nəfər ölüb, onlarla insan yaralanıb.

İsrail ordusunun avqustun 4-də Qəzza zolağının qərbində məcburi köçkünlərin sığındığı Hasan Salame və Nasr məktəblərinə qarşı həyata keçirdiyi hücumlarda 30 fələstinli həyatını itirib. Bundan əlavə, avqustun 3-də İsrail ordusu Qəzza şəhərinin şimalındakı Şeyx Rıdvan rayonunda yerləşən və məcburi köçkün fələstinlilərin sığındığı Hamame məktəbinə hücum edib və hücumda aralarında uşaqların da olduğu 16 fələstinli həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə